833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib

Azərbaycan
Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən
Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi
Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün
Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə yekun vurulub.
Bu münasibətlə noyabrın 29-da Gəncə şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin, Dünya Bankının, digər aidiyyəti orqanların və media nümayəndələrinin iştirakı ilə tədbir
keçirilib.
Tədbir
iştirakçılarına məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin
həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifahının
yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident
xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərə dövlət qayğısının
artırılması, həmçinin özəl sektorun bu sahədəki problemlərin həllini
dəstəkləməsi istiqamətində işlər aparılır.
Qeyd olunub
ki, ilk mərhələsi başa çatan proqram üzrə ölkədə 2500 məcburi köçkün gəncin
peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi,
təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması
nəzərdə tutulub.
Layihənin şərtlərinə uyğun olaraq, proqram 3
mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri 6 ay peşə və 3 ay kompüter bacarıqları üzrə
təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15
günlük "Biznesin idarə olunması”
təlimlərinə cəlb edilib.
Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə
başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq
edilən gənclərə, öz bizneslərini formalaşdırmaq üçün, bu il noyabr ayının
19-dan etibarən alət və avadanlıqların verilməsinə başlanılıb.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























