• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələrə şad xəbər – VİDEO

Tələbələrə  şad xəbər – VİDEO
01.12.2019 09:56
Baş Planda ali təhsil müəssisələrinin Xocəsən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur və həmçinin müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir.Bu sözləri Axar.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Bakının Baş Planı və nəzərdə tutulmuş layihələr barədə danışakən deyib.

R.İdrisoğlu bildirib ki, strateji layihələr Baş Planın reallaşdırılmasında təkanverici rol oynayacaq:

"Müxtəlif mənbələrdən, o cümlədən: dövlət qurumları, özəl və ictimai təşkilatlardan və şəhər sakinlərdən təqdim olunmuş layihə təklifləri arasında seçilmiş on bir layihə Strateji Sessiyada elan olunub. Sözügedən layihələr Baş Plan paketində hökumətə təqdim olunacaq və bu layihələr təsdiqlənərsə, onların detallı texniki-iqtisadi əsaslandırılmaları hazırlanacaq”.

Komitənin mətbuat katibi ali təhsil ocaqlarının Xocəsən gölü ətrafına köçürülməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, dünyaca məşhur universitetlərin təcrübəsindən istifadə ediləcək:

"Müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir. Burada dünyada aparıcı universitetlərin təcrubəsinə əsaslanaraq təhsil, elm və biznesin bağlanma nöqtəsinin yaradılması nəzərdə tutulur. Söhbət yalnız universitetlərin fiziki köçürülməsindən getmir. Layihə hökumət tərəfindən müsbət qiymətləndirilsə, kampusun yerləşdirilməsinin infrastruktur baxımından münasib olacağı, tərkibinə hansı təhsil ocaqlarının daxil olacağı kimi məsələlərə baxılacaq”.

Komitədən bildirilib ki, Baş Planla bağlı hələlik xəritə və ya xüsusi maket yoxdur:

"Layihə təsdiqlənərsə, hazırlanacaq”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol