• $
  • €
  • ₽
  • ₺
  • £

Nikol Paşinyan yenidən Azərbaycan torpaqlarında- FOTOLAR

Nikol Paşinyan yenidən Azərbaycan torpaqlarında- FOTOLAR
29.05.2020 10:31
Noyabrın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.


Anews.az  modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində xəbər verilib.


Məlumata görə, Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistan ordusunun işğal altında olan Dağlıq Qarabağdakı bir sıra hərbi  hissələrə gedərək, hərbi xidmətin gedişi və mövcud vəziyyətlə tanış olublar.


Paşinyan və Saakyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və qondarma "DQR-in müdafiə naziri" Karen Abramyan müşayiət ediblər.


Təmas mövqelərində Nikol Paşinyan və Bako Saakyana cəbhədəki vəziyyət, postlarda yaradılan mühəndis və texniki təchizat sahəsində görülən işlər barədə məlumat veriblər.


Paşinyan işğalçı ordu hissələrində qulluq edən hərbçilərin yaşayış şəraiti ilə tanış olub və əsgərlərlə söhbət edib. Ermənistan hökumətinin başçısı silahlı qüvvələrin və hərbi sənayenin davamlı inkişafına önəm verdiyini və ordunun iqtisadi inkişafın lokomotivinə çevrilməli olduğunu qeyd edib. Paşinyan silahlı qüvvələrdə yeni bir qida qaydasının tətbiq olunmasının vacibliyini vurğulayıb və bunun kənd təsərrüfatının inkişafına təkan verə biləcəyini qeyd edib, "çünki kənd təsərrüfatı məhsulları birbaşa kəndlilərdən alınacaq”,- o qeyd edib.


Hərbçilərlə görüşdə Nikol Paşinyan səngər postlarına baş çəkməyin məqsədi, silahlı qüvvələrin inkişafı, hərbçilər arasındakı münasibətlər və digər məsələlərə toxunub. 


"Bugünkü səfərimizin əsas məqsədi həm uzunmüddətli, həm də qısa müddətdə xidmət keçən əsgərlərin həyatında müsbət dəyişikliklərin olub-olmadığını öyrənməkdir”.
 












www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol