Bakıda yol polisi piyadanı vurdu

Bakıda yol polisi əməkdaşı qəza törədib.Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı İlkin Lətifov idarə etdiyi BMW markalı, 10 YP 592 dövlət nömrə nişanlı xidməti avtomobili ilə piyada Rövşən Əlizadəni vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























