• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Gülalıyevin səhhəti ilə bağlı SON MƏLUMAT

Oqtay Gülalıyevin səhhəti ilə bağlı SON MƏLUMAT
02.12.2019 09:56
Hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması hadisəsindən 1 aydan çox zaman keçib. Hazırda onun  vəziyyətinin ağır olduğu bildirilir. Ailəsi məlumat yayaraq bildirib ki, Gülalıyev birinci dərəcəli ağır komadadır. Səhhətində hələ heç bir irəliləyiş yoxdur. Ötən həftə həkimlər onu palataya köçürüblər.

Anews.az xəbər verir ki, KXCP sədrinin müavini Xəzər Teyyublu "Yeni Müsavat”a bildirib ki, onlar da partiyadaşlarının səhhəti barəsində mətbuat vasitəsilə məlumat ala bilirlər:
"Biz Oqtay bəyin tez sağalmasını arzu edirik. Dualarımız onunladır. Ancaq məlumatı sosial şəbəkədə ailə üzvlərinin paylaşdıqlarından və mətbuatdan ala bilirik. Bizdə olan məlumat budur ki, Oqtay bəyin vəziyyəti ağır olaraq qalır”.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra komada olan Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbulda Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər: "Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” -Təbriz Gülalıyev qeyd edib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerika xəstəxanası”na (Amerikan Hastanesi) köçürülüb.
Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol