• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda işığı borca görə kəsdilər - Azyaşlıların olduğu evdə yanğın çıxdı

Bakıda işığı borca görə kəsdilər - Azyaşlıların olduğu evdə yanğın çıxdı
29.05.2020 04:35
Bakıda evdə baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Report-un xəbərinə görə, hadisə noyabrın 30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 7-də qeydə alınıb.
Belə ki, Fərhad Hüseynovun hündürmərtəbəli binanın ikinci mərtəbəsindəki (ev 7) mənzilində Şəmkir rayon sakini, 1980-cı il təvəllüdlü Arzu Babayeva övladları - 2005-ci il təvəllüdlü Bayramzadə Xəyal Rauf oğlu və 2007-ci il təvəllüdlü Bayramzadə Ramal Rauf oğlu ilə birlikdə 3-4 aydır kirayədə yaşayıb. Həmin ailənin işıq sərfiyyatına borcu olduğu üçün təxminən iki gün əvvəl işıq idarəsinin əməkdaşı tərəfindən elektrik naqili sayğacdan ayrılıb.

A.Babayevanın əri Rauf Bayramov isə Rusiya Federasiyasında ticarətlə məşğul olur və hazırda orada yaşayır.
Məlumata görə, noyabrın 29-da saat 16 radələrində A.Babayeva övladlarını evdə tək qoyaraq rəfiqəsigilə gedib, hava qaralandan sonra oğlu X.Babayev yaxınlıqda yerləşən marketdən şam alaraq evə qayıdıb. O, şamı yatdıqları çarpayının yanına qoyub. Onları yuxu tutduqdan sonra səhərə yaxın şamın odu mələfəyə keçib, nəticədə yanğın baş verib.

Daha sonra qonşular Fövqəladə Hallar Nazirliyinə (FHN) yanğınla bağlı məlumat verib və yanğınsöndürmə əməkdaşları hadisə yerinə gəlib. Saat 05:40 radələrində yanğın tam söndürülüb.

Xəyal və Ramal Bayramzadələr isə orta ağır dərəcəli zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Mərkəzi Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib, yanğın və təhlükəsizlik texnikası ekspertizası təyin edilib, izahatlar alınıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoymaq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol