Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 2 dekabr saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə (Şahdağ, Qırız) qar yağıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























