Görün, harada çörək istehsal edirmiş - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Anews.az agentliyə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları İmişli rayonu M.Əsədov ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçiriblər.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə əməl edilmir. Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır.
Yoxlama zamanı xəmir kündələrin üstü un kisələri ilə örtüldüyü aşkar olunub. Müəyyən edilib ki, müəssisədə istifadə olunan su mərkəzləşdirilmiş sistemdən götürülsədə, filtrdən keçirilmir, döşəmə, divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























