• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva: "Özüm də çarəsizəm"

Leyla Əliyeva: "Özüm də çarəsizəm"
29.05.2020 11:43
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. “Vaxt” adlı şeiri oxucuların ixtiyarına veririk.(Время)Vaxt! Dayan, yalvarıram, Hara uçursan yenə? Sənə deyirəm, sənə, Al məni yedəyinə. Tələsirsən de, hara? Böl dərdini mənimlə. Mən də ürək qızdırıb Sirlər açaram sənə. Bu keçdiyin həyatda Nələr gəlmiş başına? Heç kəsdən qorxun yoxdur, Qalmısan özbaşına. Əzib keçirsən həmən, Hər nə çıxsa qarşına Tələsirsən həmişə, Tələsirsən, de, hara? Axı səndə nə var ki, Dünyada oxşarı yox – Rica edirəm, anlat. Ruhun – alov püskürür, Qəlbin – daim narahat... Bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən də düşünürəm: Allah, nələr bilirəm..! Baxırsan hər şeyim var, Ruhumsa itir-batır. Dörd yanım adam dolu, Təklikdən qulaq batır... Gözlərimi bir anlıq Açmağımı görürəm, Ətrafa, insanlara Acıyıram, yanıram. Başa düşəndə ki, mən, Özüm də çarəsizəm. Qalmayır başqa çarəm, Gözümü tez yumuram... Həyatı anladıqca, Bir-bir xırdalayıram. Teldən incə nə var ki? Qırmağa güc tapmıram. Gülüş verib üzümə, Nəzakət dumanında Ömrümü yaşayıram... Ey ulu Vaxt, unutma, Bu anı, bu balkonu, o dənizi, gəmini... Vaxt! Məni burda qoyma, Hara uçursansa uç, Götür qanadlarına uzağa apar məni...Rus dilindən çevirəni: Mahir QabiloğluModern.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol