• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - FOTOLAR

Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - FOTOLAR
02.12.2019 23:14
Rossiya-1 televiziyasının aparıcısı, əslən azərbaycanlı Nailə Əsgərzadə "Bombardier Global 6000” təyyarəsi və 62 metrlik yaxtadan istifadə edir.

Bu məlumatı rusiyalı müxalif bloger Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu yayıb. Məlumata görə, Əsgərzadə bütün bunlardan "VTB Bank”ın prezidenti Andrey Kostinlə yaxınlığı sayəsində istifadə edir. Belə ki, Əsgərzadənin 2018-ci ildən Kostinin VTB-nin törəmə şirkəti vasitəsiylə sahibləndiyi təyyarədən istifadə etdiyi bildirilib. Hazırda bu təyyarənin VTB-yə heç bir aidiyyəti olmayan ofşor şirkətə məxsus olduğu vurğulanıb.

KMF təyyarənin hazırkı dəyərinin 60 milyon dollar olduğunu və onun Əsgərzadəyə icarəyə verildiyini, uçuş saatı üçün kirayəsinin 559 min rubl olduğumi qeyd edib. 2019-ci ildə təxminən 51,5 saat davam 16 uçuş həyata keçirildiyi və bunun üçün aylıq 28,9 milyon rubl ödənildiyi də vurğulanıb.

Fond, həmçinin, Əsgərzadənin 62 milyon dollar dəyərində olan "SEA&US” yaxtasına da sahib olduğunu bildirib.
Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu məsələdən xəbərsiz olduqlarını və onu şərh edə bilməyəcəklərini söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Əsgərzadə ilə Kostin arasında sevgi münasibəti olduğunu açıqlasa da, tərəflər bunu təsdiqləməmişdi.

Bir neçə ay əvvəl Nailə Əsgərzadənin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadrat metrlik əraziyə sahib olması barədə də məlumat yayılmışdı.

"Proekt.media” saytı ərazinin ümumi dəyərinin 45 milyon dollar olduğunu yazmışdı(axar.az)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol