• $
  • €
  • ₽
  • ₺
  • £

“LIBRAFF” fəaliyyətini dayandırır? – Mağazalar şəbəkəsinin rəhbərindən AÇIQLAMA

“LIBRAFF” fəaliyyətini dayandırır? – Mağazalar şəbəkəsinin rəhbərindən AÇIQLAMA
03.12.2019 08:59
"Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır”.

Hokm.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri "LIBRAFF” mağazalar şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu öz feyzbuk səhifəsində yazıb. Bununla da o, mağazlar şəbəkəsinin yalnıca "Bravo” marketlərində yerləşən filiallarının bağlanacağını bildirib: "”LIBRAFF” bağlanmır. Yalnız "Bravo” marketin içində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır”.

C. Nəzəroğlu bildirib ki, bağlanan mağazların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açılacaq.

Xatırladaq ki, bu gün Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı "Bravo” marketlərində olan "LIBRAFF” kitab mağazaları bağlanmış və , yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazasının fəaliyyətini dayandıracağı iddia edilmişdi.

Qeyd edək ki, bu ilin sentyabr ayında, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus olduğu iddia edilən "LIBRAFF” mağazalar şəbəkəsinə, tanınmış aparıcı Cəlalə Nəzəroğlu rəhbər təyin edilmişdi. O bu vəzifəyə təyin edildikdən sonra feyzbuk vasitəsilə T. Heydərova təşəkkür etmişdi.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol