• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlar yataqxana tikintisinə niyə maraq göstərmir?

Sahibkarlar yataqxana tikintisinə niyə maraq göstərmir?
19.12.2019 16:00
Bu günlərdə Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də, tələbə yataqxanalarının olmamasıdır.

Kiçik maliyyə imkanları ilə yanaşı, həm də kirayə xərcləri qayğıları tələbələrin həm təhsilə köklənməsinə, həm də normal yaşam şərtlərinə uyğunlaşmasına mane olur. 

Bəs görəsən, bu sahədə hansı işlər görülüb, görülə bilər və görülməsi planlaşdırılır? 


Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovla danışdıq, ekspert də düşünür ki, universitetlərin yataqxanalarının olması ciddi məsələdir. 

Ekspert deyir ki, hətta universitetlərə beynəlxalq reytinqlərdə ən çox xal gətirən amillərdən əsası universitetlərin yataqxanalarının olmasıdır. Çünki hər şeydən öncə, tələbələrin normal yaşayış səviyyəsində olub, təhsilə köklənmələrində maraqlıdırlar.

Onun sözlərinə görə, beynəlxalq konvensiyalara, təcrübələrə görə, tələbə universitetdən ən uzağı 20 dəqiqəlik məsafədə yaşamalıdır. Bu ona görədir ki, tələbə həm vaxtında dərs prosesində iştirak etsin, həm də yaşadığı ünvanla, təhsil aldığı universitet arasında təhlükəsiz hərəkət edə bilsin. 



"Təəssüflər olsun ki, bu gün Azərbaycanda 50-dən çox universitet var, yalnız 8-nin yataqxanası var. Bunlar arasnda da ən yaxşı vəziyyət Dövlət Aqrar Universitetinə, Bakı Ali Neft Məktəbinə aid olan yataqxanalardır ki, burada tələbələr rahatlıqla məskunlaşıb təhsillərini davam etdirirlər. Digər universitetlərin yataqxanaları əvvəllər var idi və normal idi, lakin məcburi köçkünlərin işğaldan sonra bu yataqxanalarda məskunlaşmaları müəyyən  problemlərə səbəb oldu. Bakı Dövlət Universitetinin əvvəllər xeyli tələbənin məskunlaşa biləcəyi yataqxanası var idi, lakin yenidən daha böyük "Tələbə evi” qurulmaq üçün söküldü. Yenisi hazırdır və yaxın günlərdə istifadəyə veriləcək. Bu çox yaxşı bir işdir.Yataqxanalar tələbələr üçün həm zaman baxımından, həm də maliyyə baxımından çox zəruri ehtiyacdır”, - deyə təhsil eksperti Kamran Əsədov bildirib. 

Kamran Əsədov əlavə edib ki, bir məsələ də özəl sektorun maraqlı olması, özəl yataqxanaların olmasıdır ki, hələlik bu da real görsənmir.

Onun sözlərinə görə, Bakının mərkəz yerlərində özəl yataqxanalar bir neçə milyon manata başa gələcək və bu pulun da sonradan geri qayıtması real deyil.

"Bilirsiniz, Bakının mərkəzində torpaq yerləri xeyli bahadı, bir tərəfdən də məhduddur. Ona görə real görünmür belə özəl yataqxanaların özəl sektorun marağını cəlb etməsi. Çünki bunun təşkili üçün milyonlarla vəsait xərclənəcək və sonradan o geri dönəcək və ya dönməyəcək, bu sual altındadır. Ancaq Bakının nisbətən kənarlarında, Sulutəpə və s yerlərdə mümkündür, bu da yol məsafəsi və ya digər səbəblərdən real görünmür. Ancaq universitetlərin yanlarında çoxmərtəbəli binalar var, o binaların bir neçə mərtəbəsini alıb bunu həyata keçirmək mümkündür”, - deyə ekspert Kamran Əsədov fikirlərini sonlandırıb.



Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə də danışdıq. Nazirlikdən bildirdilər ki, Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin tabeliyində 48 yataqxana binası vardır. Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitenin müasir tələblərə cavab verən 800 yerlik tələbə yataqxanası istifadəyə verilib.  Burada həm yerli, həm də əcnəbi tələbələr yerləşdirilib. Eyni zamanda bu il Lənkəran Dövlət Universitetinin 160 yerlik yeni yataqxanası istifadəyə verilib, Gəncə Dövlət Universitetinin 800 yerlik üç yataqxanasında əsaslı təmir işləri başlanılıb, yaxın müddətdə Bakı Dövlət Universitetinin 220 yerlik yeni yataqxanasının istifadəyə verilməsi və Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmirinin başlanması nəzərdə tutulub.


Həzi

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol