• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın parlament binası necə tikilib? - VİDEO

Azərbaycanın parlament binası necə tikilib? - VİDEO
03.12.2019 20:36
Xəzərə açılan mənzərə və dünya memarları tərəfindən tanınması: Azərbaycanın parlament binasını mütəxəssislər ölkənin ən uğurlu inzibati binalarından biri hesab edir.
Oxu.Az xəbər verir ki, "MİR 24” telekanalının əməkdaşı Milli Məclisin binasının tikintisi ilə bağlı süjet hazırlayıb.
Azərbaycanın parlament binası şəhərin ən yüksək nöqtəsində yerləşir. Beşmərtəbəli bina 1970-ci illərdə tikilib.

Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Sovetinin 25 deputatı üçün hazırlamışdı. Vaxt keçdikcə xalq deputatlarının sayı artmağa başlayıb və memarlıq ansamblında dəyişikliklər etmək tələb olunub.

"Tahir Abdullayev mənim müəllimim olub. Yeni binanın inşası zamanı mən fikir verirdim ki, ümumi kompozisiya pozulmasın. Yeni korpus ayrı qalmamalı, əksinə mövcud olanı tamamlamalı idi”, - deyə "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, memar Müsədin Namazov "MİR 24”ə müsahibəsi zamanı bildirib.
Namazov parlament binasının yenidənqurma və tikintisində iki dəfə iştirak edib. Sonuncu dəyişikliklər 11 il əvvəl edilib. İndi orada 125 deputat üçün geniş kabinetlər var.
Parlamentarilərin bir binadan digərinə rahat keçməsi üçün şüşə tavanı olan 12 metrlik körpü mövcuddur. Oraya yumşaq mebel və nadir bitkilər qoyulub. Qış bağı – parlamentarilərin ağır iş günündən sonra sevimli istirahət yeridir.
 
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol