• $
  • €
  • ₽
  • ₺
  • £

Universitet müəllimlərinə də yaş limiti tətbiq oluna bilər

Universitet müəllimlərinə də yaş limiti tətbiq oluna bilər
04.12.2019 10:11
Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən orta ümumtəhsil müəssisələrində çalışmanın yaş həddi 65-dir.
 
65 yaşına çatmış müəllimin həmin məktəbdə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə istisnaları çıxmaq şərti ilə yol verilmir.
 
Amma ali təhsil müəssisələrində yaşı 70-dən yuxarı olan xeyli insanın çalışdığının şahidi oluruq. Çoxlarını maraqlandıran məqam ali təhsil müəssisələrində çalışmanın yaş həddinin neçə olması ilə bağlıdır.
 
Modern.az AzEdu.az-a istinadən məlumat verir ki, Bu, Əmək Məcəlləsinin 4-cü maddəsi ilə tənzimlənir. Qanunvericiliyə görə, əvvəllər universitet müəllimləri üçün çalışmanın yaş həddi nəzərdə tutulsa da, bu, 2017-ci ildə ləğv edilib.
 
Həmin ildə Məcəllənin  4-cü maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi (65 yaş) elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.
 
Qeyd edək ki, məktəbdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
 
Məktəbin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Məktəb işçilərinin sayı 100-dən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
 
Məktəbdə işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol