• $
  • €
  • ₽
  • ₺
  • £

Qatarla avtomobilin toqquşması zamanı ölənlərin - ADLARI

Qatarla avtomobilin toqquşması zamanı ölənlərin - ADLARI
04.12.2019 12:49
Saatlı rayonunda qatarın avtomobillə toqquşması nəticəsində ölənlərin adları məlum olub.

Anews.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ölənlər - Sabirabad rayon Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu və rayonun Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğludur.

Xatırladaq ki, bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı "Jiquli" markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu"nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol