• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda su BÖHRANI

Azərbaycanda su BÖHRANI
11.08.2014 19:30
Bu il ölkə ərzisinə düşən yağıntıların miqdarı az olduğundan su anbarlarına toplanılan su ehtiyatlarından qənaətlə istifadə etmək lazımdır.Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Trend-ə deyib ki, bu il Böyük Qafqazın cənub yamacındakı Ağsuçay, Girdimançay, Göyçay, Türyançay ya tam quruyub, ya da onların su sərfi ən minimum həddə düşüb: "Bu il ölkə ərazisinə yağıntılar çox az düşdüyündən çaylarda azsululuq var. Hətta su anbarlarımızın da su ehtiyatları çox çətinliklə toplanılır".Azərbaycanın əksər hissəsinin quraq, yəni quru subtropik ərazi olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, bu səbəbdən ölkədə suvarma əkinçiliyi tətbiq edilir. Azərbaycanda suvarma üçün çox böyük əhəmiyyəti olan 140-dən artıq su anbarı var ki, onlardan da suvarma üçün daha əhəmiyyətli və böyük olanı Şəmkir, Yenikənd, Mingəçevir, Bəhramtəpə, Mil-Muğan və s.-dir. Bunlar əsasən, Kür, Araz çayının suyu ilə işləyir: "Ancaq bu il həm Kürdə, həm də Arazda su sərfi keçən ilə nisbətən xeyli aşağıdır. Düzdür, su anbarlarında qışdan xeyli su ehtiyatı toplanılıb. Ancaq o ehtiyatlardan qənaətlə istifadə etmək lazımdır. Çünki bu il doğrudan da, yağıntıların miqdarı azdır. Ola bilsin ki, payızda yağıntıların miqdarı orta illik göstəriciyə çatacaq".Azərbaycanda bəzi illərdə sel hadisələrinin çox olduğunu xatırladan E.Əlizadənin sözlərinə görə, 1960-cı ilə qədər Azərbaycanın təbiətini öyrənən xarici alimlər ölkədə sel hadisələrinin tədricən səngiməsi fikrinə gəliblər. Amma sonradan öz tanınmış alimlərimizin apardıqları tədqiqatlar göstərdi ki, bu proses əksinə sürətlənməkdədir.İnstitutun direktor müavininin sözlərinə görə, 1960-cı illərdə, xüsusilə 1962, 1963, 1975, 1979-cu illərdə təhlükəli sellər baş verib. 2009, 2010, 2011-ci illərdə də Azərbaycanda sel hadisələri çox olub: "Bu il hələ ki, artıq bir neçə sel hadisəsi olub. Baş verən sellərə görə bu il vəziyyətin çox fərqləndiyini deyə bilmərik. Bunun yekununu oktyabr-noyabr aylarında deyə bilərik. May, iyun, iyul, avqust, sentyabr - quraq keçən dövrlər sellərin baş verməsi baxımından ən təhlükəli dörvlərdir".ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol