• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş millət vəkili həbs oluna bilər - Baş Prokurorluğa şikayət ediləcək - FOTO

Keçmiş millət vəkili həbs oluna bilər - Baş Prokurorluğa şikayət ediləcək - FOTO
04.12.2019 15:16
Keçmiş deputat Rafael Cəbrayılov həbs oluna bilər. 

Yenisabah.az-a daxil olan məlumata görə, keçmiş deputatın borclu olduğu şəxslər artıq Baş Prokurorluğa şikayət etmək niyyətindədirlər.

Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslər dünən bu qərara gəliblər. Bu həftə içində onların Baş Prokurorluğa müraciət edəcəyi gözlənilir.
Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu olduğu şəxslər məsələni ictimailəşdirib.

Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb. Həbs olunacağından ehtiyat edən keçmiş deputat borc sahiblərinə villasını satacağını və borcu geri qaytaracağını bildirib. Lakin hələ də villasını sata bilməyib. Bu isə borc sahiblərinin səbr kasasını daşırıb.

Əldə etdiyimiz məlumata görə, borc sahibləri Rafael Cəbrayılovun sadəcə vaxt udmaq istədiyini düşünürlər. Onların fikrincə, keçmiş deputat da qardaşı kimi ölkəni tərk etməyə hazırlaşır. Bunun üçün isə ona müəyyən qədər vaxt lazımdır.

O, "villamı satışa çıxarmışam” deməklə və "borc qalmaqalı”nda bütün təqsiri qardaşının üzərinə yıxmaqla həm məsuliyyətdən yayınmağa, həm də  borc sahiblərini arxayın salmağa çalışır. Bu müddət ərzində isə Azərbaycandakı əmlaklarını satıb ölkəni tərk etməyi düşünür. Artıq borc sahibləri tam əmindirlər ki, keçmiş deputat onlarla oyun oynayır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol