• $
  • €
  • ₽
  • ₺
  • £

QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir

QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir
29.05.2020 00:44
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birgə həyata keçirdiyi 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə dair məlumatlandırma görüşü təşkil olunub.

Modern.az xəbər verir ki, tədbir SHXÇDX Aparatında keçirilib. Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsi rəisinin müavini, polkovnik Azər Babayev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə QHT-lərlə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qrant müsabiqəsinin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi üçün səmərəli platforma olduğunu deyib. Müsabiqənin "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği”, "Çağırışaqədərki vətəndaşların hərbi xidmətə hazırlanmasına dair təşəbbüslər” kimi aktual mövzulara həsr olunduğunu və bu istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə müvafiq layihələrini həyata keçirməyə əlverişli imkan yaratdığını söyləyib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri, elektron xidmətlər barədə ətraflı məlumat verib.

Qrant müsabiqəsinin şərtlərinə əsasən QHT və layihə sənədlərinin qəbulu 2 dekabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:


 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;
Bu mərhələ dekabrın 30-dək müddəti əhatə edir.


 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;
Bu mərhələ 2020-ci il yanvarın 13-dək davam edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.


 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu mərhələ gələn il yanvarın 15-dən fevralın 15-dək dövrü əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.


 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 25-dən sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.


QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə ilk dəfə həyata keçirilən qrant müsabiqəsinin əhəmiyyətindən danışıb. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verən SHXÇDX-nin müsabiqə çərçivəsində vətənpərvərlik ruhunun yüksəldilməsilə bağlı təqdim olunan layihələrin icrasına dəstəyini əsirgəməyəcəyinə inandığını bildirib.
Sonda QHT təmsilçilərinin sualları cavablandırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol