• $
  • €
  • ₽
  • ₺
  • £

Gəlin toydan qaçdı - Azərbaycanda

Gəlin toydan qaçdı - Azərbaycanda
11.08.2014 15:48
Lənkəran rayonunda toy gəlinsiz baş tutub. Anspress xəbər verir ki, iki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçıb. Nişanlı qızın bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin Nəriman (ad şərtidir) adlı gənc bəy kürsüsünə oturarkən yanı boş olub. Rayon sakinlərinin bildirdiklərinə görə, 28 yaşlı Nəriman 19 yaşlı Günellə (ad şərtidir) 3 ildir nişanlı olublar. Nəriman Bakıda ev təmiri işləri ilə məşğul olub, Günel isə Lənkəran şəhərindəki kolleclərin birində oxuyurmuş. İlk günlər münasibətləri normal olan nişanlılar son zamanlar yola getməyiblər. Qız dəfələrlə nişanı qaytarmaq istəsə də, oğlan qəti olaraq buna qarşı çıxıb. Qızın valideynləri də oğlan tərəfi ilə danışaraq nişanı qaytarmağı təklif ediblər. Bu barədə bir kəlmə belə eşitmək istəməyən oğlanın tərsliyi sonda özünə baha başa gəlib. Qız "Mən bu toyun əleyhinəyəm. Rəfiqəmgilə gedirəm, məni axtarmayın" yazaraq evdən qaçıb.Toydan bir neçə gün əvvəl qızlarının gəlin gedəcəyi evə cehizlərini daşıyıb, bəzəyən valideynlər övladlarının harada olduğundan xəbərsizdirlər.  Lənkəran rayon Polis İdarəsindən isə hadisə barədə eşitdiklərini, lakin bu mövzuda şikayət ərizəsinin qəbul olmadığını bildiriblər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol