• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan Ali Məclisi də buraxılacaq?

Naxçıvan Ali Məclisi də buraxılacaq?
06.12.2019 17:16
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının dünən imzaladığı sərəncamla 5 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi.

İctimaiyyət arasında belə bir fikir söylənilir ki, Azərbaycanda Milli Məclis buraxılıbsa, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də mütləq buraxılacaq. Bəs görəsən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin də buraxılmasına təsir edəcəkmi? 

Məsələ ilə bağlı "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bunları söyləyib:

"Azərbaycanda Milli Məclisin buraxılmasının, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə heç bir adiyyatı yoxdur. Bildiyiniz kimi, onlar ayrıca bir muxtar respublikadır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında seçkilərin keçirilməsi qaydası başqa bir qanunla tənzimlənir. Bir məqamı qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin səlahiyyət müddəti hələ başa çatmayıb. Yəni onlar istədikləri zaman Ali Məclisi buraxa bilib, qərar qəbul edə bilərlər”.

Qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol