• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin diqqətinə - Polis müraciət yaydı - FOTO

Sürücülərin diqqətinə - Polis müraciət yaydı - FOTO
09.12.2019 12:18
Hava şəraiti ilə əlaqədar sürücülər sürət həddini aşmamalı, ara məsafəni normadan artıq gözləməli və avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinə ciddi yanaşmalıdır.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hər bir hərəkət iştirakçısı təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifəni yerinə yetirməlidir:
"Tövsiyə edilir ki, şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə edilsin. Nazirliyin qeyd etdiyi kimi, gözlənilən kəskin hava şəraitində sürücülər yollarda daha ehtiyatlı olmalıdırlar.

Peşəkar və ya qeyri-peşəkar sürücülərdən yağışlı, küləkli havalarda paytaxtın enişli-yoxuşlu yollarında sürət həddini azaltması məsləhət görülür. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, axşam saatlarında havanın tez qaralması nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada bilər. Bütün bunları nəzərə alaraq, sürücüləri maksimum dərəcədə yol hərəkəti qaydalarına əməl etməyə və yollarda məsuliyyətli olmağa çağırırıq.
Belə hava şəraitində qəzalardan yayınmaq üçün maksimum diqqətli olmalı, avtomobillərin dövlət qeydiyyat nömrələrinin aydın seçilməsini təmin etməlidirlər. Bundan başqa, hava şəraiti ilə əlaqədar parkinq məsələsində də diqqətli olmaq lazımdır.

Gözlənilməz hadisələrdən yayınmaq və avtomobilə dəyə biləcək maddi ziyanın qarşısını almaq məqsədilə ağacların altında avtomobil saxlamaq tövsiyə edilmir. Məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bütün qurumlar üzərinə düşən tədbirləri görürlər. Vətəndaşlardan da, diqqətli olmaları və yol hərəkəti qaydalarına maksimum dərəcədə əməl etmələri xahiş edilir”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol