• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya ilə bağlı YENİLİK

Pensiya ilə bağlı YENİLİK
11.08.2014 11:06
"Qeyri-dövlət pensiya təminatının və sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi pensiya vəsaitlərinin maliyyə bazarına cəlb olunması və investisiyalara yönəldilməsini aktuallaşdırır".ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev məlumat verib.E.Mehdiyev bildirib ki, qeyd edilən sahənin formalaşdırılması və inkişaf etdirilməsində yerləşdirilən vəsaitlərin qorunması, investisiya portfelinin strukturunun etibarlılıq, gəlirlilik, diversifikasiya, likvidlik və digər vacib amillər əsasında müəyyən edilməsi, peşəkar idarəetmə sisteminin, habelə məlumat açıqlığının və şəffaflığın təmin edilməsi və sair bu kimi başlıca prinsiplərin əsas götürülməsi zəruridir.DSMF sədri həmçinin diqqətə çatdırıb ki, beynəlxalq praktikaya əsasən pensiya vəsaitlərinin yerləşdirilməsi ilə bağlı investisiya siyasəti müəyyənləşdirilərkən bir sıra mühüm əhəmiyyət kəsb edən amillərin mümkün təsiri diqqətlə öyrənilməlidir. Belə ki, bir tərəfdən pensiya sistemlərinin öz iştirakçılarını gələcəkdə yüksək pensiya gəliri ilə təmin etmək məqsədi daha aktiv investisiya fəaliyyətini stimullaşdırır. Digər tərəfdən isə pensiya vəsaitlərinin qorunmasının təmin edilməsi vəsaitlərin yerləşdirilməsi üzrə müxtəlif məhdudiyyətlərin tətbiqini, ehtiyatlılıq prinsipinə əməl olunmasını zəruri edir.Sədr qeyd edilən məsələlərin adekvat həlli üçün balanslaşdırılmış investisiya siyasətinin müəyyən olunması, habelə risklərin idarə edilməsi üzrə effektiv sistem və prosedurların işlənməsinin vacib olduğunu vurğulayıb. E. Mehdiyev qeyd edib ki, bütün bunların hazırda fəaliyyət göstərən DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırılması nəzərdə tutulur.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol