• $
  • €
  • ₽
  • ₺
  • £

“Valideynlər məsuliyyət hissini itiriblər” – Deputat

“Valideynlər məsuliyyət hissini itiriblər” – Deputat
11.08.2014 10:47

“Son hadisələr göstərir ki, valideynlər öz övladlarına biganədir. Heç narahat deyillər ki, uşaq özünü maşının altına atar, pilləkəndən yıxılar, dənizə gedib boğular...”

Bu sözləri AzNews.az-a Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son günlər azyaşlıların bəxt hadisə nəticəsində dünyalarını dəyişməsi məsələlərindən danışarkən deyib. Onun sözlərinə görə, valideynlərin övladlarına diqqəti nəzarəti kəskin şəkildə azalıb: “Bakıda iki ailənin 5 uşağının dənizdə boğulması, Şəmkirdə 4 uşağın Kürdə batması bir daha sübut edir ki, valideynlərin uşaqlara diqqət yetirmək, onlara nəzarət etmək məsuliyyəti azalıb”. Hadı Rəcəbli vurğulayıb ki, televiziya kanallarımızda uşaqlar üçün düzgün proqramların olmaması, mobil və internetdən istifadə zamanı onlara ciddi nəzarət edilməməsi sonda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Komitə sədri valideynləri daha ciddi uşaqlarına nəzarət etməyə çağırıb: “İki ailədən 5 uşağın suda boğulması, bu həm ailə, həmdə ki, ölkə üçün faciədir. Bu çox pis haldır. Amma belə hadisələrin baş verməməsi üçün valideynlər diqqətli olmalı və uşaqları ilə daha sıx təmasda olmalıdır. Mən də uşaq olmuşam və evimiz Lənkəran rayonunda dəniz kənarında idi. Amma buna baxmayaraq, dənizə gedə bilmirdik, bizi buraxmırdılar. Yalnız valideynlərimizlə gedirdik. Onlar bizə çox ciddi nəzarət edirdi”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol