Bakıda 53 yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eynulla Həmzəyevin idarə etdiyi "Qaz-3110” markalı avtomobillə piyada keçidi olmayan yerdən yolu keçən Astara rayon sakini, 1966-cı il təvəllüdlü Əşrəf Tağıyevi vurub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























