• $
  • €
  • ₽
  • ₺
  • £

Yanğın baş verən "Eurohome"dakı son vəziyyət - VİDEO

Yanğın baş verən "Eurohome"dakı son vəziyyət - VİDEO
11.12.2019 09:36
Dekabrın 10-da səhər saatlarında Bakının Binəqədi rayonunda fəaliyyət göstərən tikinti materiallarının satıldığı "Eurohome” ticarət mərkəzində yanğın baş vermişdi.

İlkin məlumata görə, elektrik naqillərində yaranan qısaqapanmadan başlayan yanğın qısa zamanda demək olar ki, bütün bazarı əhatə edib.

Fövqəladə Hallar Nazirliyi dərhal 3-cü dərəcəli çağırış edərək əraziyə xeyli sayda texnika və canlı qüvvə, eləcə də, 3 helikopter, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadalarını cəlb edib.

Eyni zamanda, hadisə yerinə 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları cəlb edilib.

BAKU TV-nin əməkdaşları gecə saatlarında yanğın baş verən əraziyə baş çəkib, hadisə yerindəki son vəziyyətlə maraqlanıb. Ərazidə çəkiliş aparan zaman tüstülənmə müşahidə edilib.

Bu səbəbdən gecə boyunca Yanğından Mühafizə Xidmətinin 3 briqadası yoxlama-nəzarət işləri aparıb.

Ərazidə olan polis əməkdaşları oğurluq və digər neqativ halların baş verməməsi üçün xidmət aparıb. Yanğından qalan isə mağazalardakı müxtəlif növ tikinti materiallarının külü və bazarın xarabalığa bənzər qalıqları olub.

Qeyd edək ki, yanğın yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, alovun miqyası böyük olduğundan nazirliyin helikopterləri vasitəsilə 150 tona yaxın su ilə yanğına havadan müdaxilə edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. Yanğın zamanı səkkiz nəfərə yerində ilkin tibbi yardım göstərilib.

Dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Yanğın tam söndürülənədək Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb. Yol hərəkətinin tənzimlənməsi işində DİN Baş DYP İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov şəxsən iştirak edib.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol