• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... - Rayon camaatı etiraz edir

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... - Rayon camaatı etiraz edir
11.12.2019 16:30
Sabiq deputat Çingiz Qənizadə doğma rayonu olan Ağdaşa icra başçısı getmək istəyir.

Qaynarinfo xəbər verir ki, AFN bu barədə sosial şəbəkələrdə gedən müzakirələrə istinadən xəbər verir. Daha doğrusu, Ağdaşdan olan sosial şəbəkə istifadəçiləri Ç.Qənizadənin belə bir istəyi olduğunu bildiriblər və qeyd ediblər ki, rayon əhalisi buna razı deyil: "Çingiz Qənizadə parlament seçkilərində bir dəfə Ağdaşdan namizəd olub, amma camaat onu seçməyib. Sonra özü də başa düşdü ki, bu rayonda insanların ona etimadı yoxdur, ona görə də getdi başqa dairədən namizəd oldu. İndi də çalışır ki, rayona icra başçısı gəlsin. Düzdür, rayon camaatı hazırkı başçı Tofiq İbrahimovdan da narazıdır, amma Çingiz Qənizadəni də istəmirlər. Onun rayonda reputasiyası çox pisdir. Yaxınlarda qardaşının və qohumlarının borc qalmaqalı da lap pis təəssürat yaratdı insanlarda. Əgər o, rayona başçı gəlsə böyük narazılıqla qarşılanacaq".

Qeyd edək ki, Ç.Qənizadə 2005-ci ildə 90 saylı Ağdaş seçki dairəsindən parlamentə namizədliyini versə də, səs toplaya bilməyib. 2010-cu ildə isə o, yenə səs almayacağını bildiyi üçün tamamilə yad bir ərazidən - 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçkilərə qatılıb. Dar çevrədə özünün də etiraf etdiyi kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun "məsləhəti" ilə iki dəfə (2010 və 2015-ci illərdə) həmin dairədən deputat "seçilib".
Xatırladaq ki, son dövrlər deputatların icra başçısı təyin edilməsi gündəmdədir. Elşad Həsənov Yasamal, Rüstəm Xəlilov isə Yasamal rayonlarına icra başçısı təyin edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol