Tovuzda restoranda yanğın olub

Tovuz rayonunda yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Həzi Aslanov prospektində qeydə alınıb. Belə ki, rayon sakini Elxan Paşayevə məxsus restoranın dam örtüyü, ümumilikdə 40 kv metr ərazi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin Tovuz rayon şöbəsinin üç yanğınsöndürən maşını və 30 nəfər canlı qüvvəsi cəlb olunub.
Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın tamamilə söndürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib