Sabah hava necə olacaq?

Sabah Bakıda hava dəyişkən buludlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.
Avqustun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
ANS PRESS
























