• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
12.12.2019 13:31
Səyahətsevərlər üçün sərfəli rominq təklifləri ilə seçilən "Nar”, Yeni il ərəfəsində abunəçilərinin bayram ab-havasına xüsusi rəng qatmaq üçün maraqlı müsabiqə elan edib. Belə ki, mobil operatorun rəsmi "Instagram” səhifəsində 19 dekabr tarixinədək davam edəcək müsabiqədə qalib gələn istifadəçi Yeni ili Moskvada qarşılamaq imkanı əldə edəcək.

Müsabiqəyə qoşulmaq üçün "Nar”ın "Instagram” səhifəsinin hekayə bölməsində paylaşılan 5 suala düzgün cavab vermək lazımdır. Qalib bütün suallara düzgün cavab vermiş istifadəçilər arasından təsadüfi üsulla seçiləcək. Birinci yerin sahibi olan "Nar” abunəçisi dekabrın 31-dən yanvarın 6-dək davam edəcək səyahəti zamanı həm Moskvanın əsrarəngiz gözəlliyindən zövq alacaq, həm də keyfiyyətli rominq xidmətindən yararlanacaq.

Qeyd edək ki, qalib gələn şəxsin adı dekabrın 20-si saat 10:00-da elan olunacaq. Müsabiqənin şərtləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
 
"Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol