• $
  • €
  • ₽
  • ₺
  • £

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ
28.05.2020 18:47
11 ay ərzində baş verən yol qəzaları nəticəsində təkcə Bakıda 167 nəfər həyatını itirib. 

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. 
Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində təkcə Bakıda 167 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub:

"Bu istiqamətdə çoxsaylı maarifləndirmə tədbirləri aparsaq da, təəssüf ki, yol qəzalarında həyatını itirən insanların sayı yenə də çoxdur. Təəssüf doğuran məqamlardan biri isə yol qəzalarında daha çox piyadaların ölməsidir. Qəzaların 50 faizi isə yolun piyadalar üçün təyin olunmayan hissəsindən keçən şəxslərə görə baş verib. 

2019-cu ilin yanvar-noyabr ayları ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda 167 nəfər ölüb, 438 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Daha dəqiq desək, piyada vurulması ilə nəticələnən yol qəzalarının sayı 294 olub. Həmin qəzalarda isə 107 nəfər ölüb, 187 nəfər isə müxtəlif xəsarət alıb” .

V.Əsədov onu da əlavə edib ki, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb:
"Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, piyadaların avtomobillərlə vurulması ümumi yol qəzalarının 64 faizini təşkil edir. Bu, artıq həyəcan təbilinin çalınması deməkdir. Yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında və işıqlandırma ilə bağlı problem olan yollarda, eləcə də, piyadalar üçün nəzərdə tutulmuş yerüstü və yeraltı keçidlərin yaxınlığında qeydə alınıb.

Biz dəfələrlə piyadalara müraciət edərək bildiririk ki, əvvəlcə öz təhlükəsizliyinizə görə, daha sonra isə yol hərəkəti qaydalarına və ətrafdakı digər insanların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə qaydalara əməl etsinlər. Yolu keçərkən qulaqcıqlardan istifadə etmək olmaz”. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər.

Elə buna görə də, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi nöbəti dəfə piyadalara müraciət edib. Bununla yanaşı, piyadalara tövsiyə olnur ki, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməsinlər, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol