• $
  • €
  • ₽
  • ₺
  • £

DİQQƏT! Bu sürücülər 800 manat cərimə olunacaq

DİQQƏT! Bu sürücülər 800 manat cərimə olunacaq
12.12.2019 17:10
Sürücülər hərəkət zamanı radar və kameralardan yayınmaq üçün fərqli yola əl atıblar. Bəzi sürücülər xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlədir. Bu avadanlıq əsasən "Instagram"da satılır. İstər avtomobil hərəkətdə olarkən, istərsə də park edilmiş halda sadəcə bir düymə ilə  avtomobilin nömrəsi anında bağlanılır. Adı keçən sosial şəbəkənin səhifələrində paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür. Paylaşılan videolar artıq bu vasitədən istifadə edənlərin olduğu da bəllidir.

Bəs sürücülər bu avadanlığın istifadəsinə görə nə qədər cərimə ödəyəcəklər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı "Yeni Sabah”a öz münasibətini bildirib. Onun sözlərinə görə, bu sürücülər 500-800 manat arası cərimə olunacaqlar:
"Bu narahatlıq doğuracaq məsələdir. Birinci dəfə mənim yadıma gəlir ki, belə vasitədən Binə Ticarət Mərkəzinin direktoru Kəbirə xanımın yaxını istifadə etdiyi üçün saxlanmışdı. Məlum olmuşdu ki, bu adam qara pərdə ilə avtomobilinin nömrəsini dəyişə bilir. Bu avadanlıq 10 il qabaq Azərbaycana gətirilib. Bunun qarşısını almaq üçün gərək vətəndaşların müraciəti ola ki, polis məlumatlı olsun. Polis ancaq maşını nömrəsiz görəndə saxlaya bilər.
 
Amma kimsə tanışının və ya qoşusunun belə bir əməli olduğunu bilirsə, bu zaman polisə məlumat verməlidir. Belə nömrə istifadə edən şəxs bir qəza törədsə, kiməsə zərər yetirsə, o adamı heç kim tapa bilməyəcək. Buna görə cəmiyyətin özünün də bir mübarizə üsulu olmalıdır.  Bu hallar konkret inzibati xətalar məcəlləsində qadağan olunan əməllərdir. Əgər avtomobildə belə birşey varsa, sürücü 500-800 manat arası cərimə oluna bilər. Quraşdırılan avadanlıq isə müsadirə olunur. Sürücülər şəhəriçi hərəkət edirlərsə, belə bir şeyə əl atmırlar. Lakin magistral yollara çıxdıqda belə avadanlıqlardan istifadə edirlər. Çox təəssüflər olsun ki, bunu cavanlar dəb üçün etsələr də, bəzi məmurların xidməti avtomobillərində də bu cür vasitələrə əl atırlar”. 

Ekspert bildirib ki, bu tip avadanlıqların satışı ilə məşğul olan satıcıların üzərinə isə heç bir məsuliyyət düşmür

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol