• $
  • €
  • ₽
  • ₺
  • £

Əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması görüntüləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması görüntüləri ilə bağlı RƏSMİ AÇIQLAMA
12.12.2019 19:29
İnternet xəbər saytlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarə edən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktla bağlı bildirir ki, 11.12.2019-cu il tarixdə, Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona "saxla” işarəsi verilib. Lakin R.Seyidov polisin qanuni göstərişinə tabe olmayıb və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirib.

Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmayıb. Nəhayət, paytaxtın "20 Yanvar” dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov, burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirib, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar edib və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışıb.
Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülüb və hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol