• $
  • €
  • ₽
  • ₺
  • £

“Şərurlu İsfəndiyar”məhkəmədə dindirildi: “16 yaşımdan...”

“Şərurlu İsfəndiyar”məhkəmədə dindirildi: “16 yaşımdan...”
13.12.2019 13:05
Azərbaycanda 72 nəfəri mənzil satışı adıyla aldatmaqda suçlanan Türkiyə vətəndaşı Hikmet Yiğitdöl məhkəmə qarşısına çıxarılıb.

Anews.az xəbər verir ki, "Home Paş Prestij” Mənzil-Tikinti Kooperativinin rəhbəri olan H.Yiğitdöl eyni mənzillərin bir neçə nəfərə satılması, tikintisinə icazə verilməyən binadan mənzil satışı vədiylə pul alıb adamları aldatmaqda ittiham olunur.

Mənzil almaqdan ötrü pul verib aldadılan şəxslər aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində H.Yiğitdöldən ya pullarının qaytarılması, ya da mənzillərinin təhvil verilməsini tələb edirlər.

Araz Vəlizadə deyir ki, 2014-cü ildə H.Yiğitdölün şirkətinin tikdiyi binadan ev almaq istəyib. O zaman öz evini 115 min dollara satıb, 110 minini yeni mənzil üçün verib: "Bütün danışıqları Hikmetin özü ilə apardım. Demişdi ki, iki aya evi təhvil verəcəklər. Həmin ərəfədə Qabil adlı adamla birlikdə işləyirdilər, o da yanında idi. Dedikləri vaxt bitdi, amma evi təhvil vermədilər, bizi get-gələ saldılar. Öyrəndim ki, eyni evi bir neçə nəfərə satıblar. Sonra da bizə mövcud olmayan bir binadan ev verəcəklərini dedilər. Həmin binanı 16-cı mərtəbədən yuxarı tikməyə icazə verməyiblər. Bunlar isə camaata 21-ci mərtəbədən ev satıblar”.

H.Yiğitdöl isə A.Vəlizadəyə də, başqa zərərçəkənlərə də pul verməyəcəyini deyir. Bildirir ki, pulları mənimsəyən, vətəndaşları aldadan o yox, keçmiş şəriki Qabil Əliyev olub. Onun sözlərinə görə, "Home Paş Prestij” MTK binanın iki blokunun tikintisini bitirəndən sonra 2013-cü ildə Q.Əliyevlə tanış olublar: "Onunla bərabər 3-cü blokun tikintisinə başladıq. Aramızda müqavilə bağladıq ki, tikintidən 20 faiz ona pay verməklə, tikinti işlərini Qabil aparsın, lazımi maliyyəni ayırsın. Amma o, mənim Azərbaycanda olmamağımdan istifadə edib, ikinci möhür düzəltdirib”.

Onun sözlərinə görə, Q.Əliyev təsisçilərin razılığı, təsis protokolu olmadan Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazıb, H.Yiğitdölün adından saxta imza ataraq 0.73 hektar torpaq sahəsini özünə məxsus "İnter” MMC-nin adına keçirib. Meriyadan 23 oktyabr 2015-ci ildə sərəncam alandan sonra tikintini "İnter” MMC-nin adından aparmağa başlayıb. Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb: "Mən bunu öyrənəndən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Həmin sərəncam məhkəmənin qərarıyla etibarsız sayıldı. Qabil Əliyev məni də aldadaraq xeyli ziyan vurub. O, indi də bina tikir. Evləri təhvil versin”.

Bu məhkəmədə işadamı, bina tikintisilə məşğul olan və "Şərurlu İsfəndiyar" kimi tanınan işadamı İsfəndiyar Axundov da ifadə verib. O, şahid kimi dindirilən zaman H.Yiğitdöl onu da ittiham edib. Deyib ki, onun çətin vəziyyətə salınmasında İ.Axundovun da rolu var.

H.Yiğitdöl inşa etdirdiyi mənzillərin bir neçəsini rəsmi sənədlərlə "Şərurlu İsfəndiyar”a verib. Bunun qarşılığında isə türkiyəli iş adamı ilə biznes əlaqəsi qurulub.

Türkiyəli işadamına cavab verən İ.Axundov bildirib ki, heç kimi aldatmayıb, ortada sənədlər var:
"Mən 16 yaşımdan bənnalıq eləmişəm. Bu günə qədər öz zəhmətimlə gəlmişəm. Bir binanı tikib təhvil verə bilməmisən, amma məni ittiham edirsən. Mən Bakıda 77 bina tikmişəm. Bunu məndən başqa heç kim etməyib. Mən təmiz, düz işlədiyim üçün bura qədər gəlib çıxmışam".

(Bizimyol.info)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol