• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib

TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib
13.12.2019 14:00
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin təşkil etdiyi "Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib. Forumun məqsədi Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar barədə informasiya mübadiləsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları və təhsilin vəziyyəti, həmçinin müasir dünyanın səhiyyə problemlərini müzakirə etmək olub.

Tədbirdə Azərbaycanın Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri  Xəzər İbrahim, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi, Türkiyə Ali Təhsil Qurumunun (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin vəkilləri, Bakıda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbər və həkim heyəti iştirak ediblər.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı çıxışında Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi və səhiyyə sahəsində aparılan islahatlar haqqında forum iştirakçılarına ətraflı məlumat verib.

İki gün davam edən tədbir rəsmi hissə, panellər və bədii bölmədən ibarət olub. Panellər "Azərbaycanın səhiyyə sistemində və tibbi təhsildə yeniliklər”, "Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər”, "Tibdə elmi araşdırma və nəşrlər”, "Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları”, "Xaricdə təhsil və karyera fürsətləri” və digər əhəmiyyətli mövzuları əhatə edib.

Forum başa çatdıqdan sonra TƏBİB-in nümayəndə heyəti Azərbaycanlı Həkimlər Dərnəyinin idarə heyəti ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirib.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol