• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada dəmiryolçulara bayram günlərində etirazları dayandırmaları ilə bağlı müraciət edilib

Fransada dəmiryolçulara bayram günlərində etirazları dayandırmaları ilə bağlı müraciət edilib
14.12.2019 19:30
Fransa hökumətinin yeni pensiya islahatlarına etiraz edən dəmiryol işçilərinin Milad bayramı ilə əlaqədar etirazları müvəqqəti olaraq dayadırmaları xahiş edilib.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) rəhbəri Jan-Pierre Farandou dəmiryolçulara müraciət ünvanlayıb. 

Müraciətdə Milad bayramının hər kəsin öz ailəsi, yaxınları ilə görüşmələri üçün vacib bir məqam olduğu göstərilib: "Bir çox həmvətənlərimiz valideynlərinə, uşaqlarına, dostlarına baş çəkmək istəyəcəklər. Hər il olduğu kimi, milyonlarla insan əzizlərini görməyə qatarla getməyi üstün tutur. Buna görə də bütün dəmiryol işçilərini və həmkarlar ittifaqı təşkilatlarını bayram günlərində Fransa vətəndaşları naminə həmrəyliyə çağırırıq. Ölkə vətəndaşlarının qatarlarla hərəkətini təmin etmək məqsədilə hər bir əməkdaşdan etirazlara fasilə verməyi xahiş edirəm”. 

Xatırladaq ki, dekabrın 5-dən bəri Fransada hökumət tərəfindən elan edilmiş pensiya islahatları ümumxalq etirazlara səbəb olub. Fransanın Baş Naziri Eduard Filippe yeni qanun layihəsinin gələn ilin fevral ayında parlamentə təqdim olunacağını bildirərək, müvafiq dəyişiklikləri açıqlayıb.

Əmək qabiliyyətli Fransa vətəndaşlarının bəzi təbəqələri, o cümlədən nəqliyyat sektorunda çalışan işçilər yeni pensiya qaydalarına görə, bir sıra imtiyazlardan məhrum olacaqlarını düşünürlər. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol