Göyçayda 300 baş cücə yanaraq tələf olub

Göyçay rayonunda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində Göyçayın Qarabaqqal kəndində qeydə alınıb. Kənd sakini Rüstəmov Habil Əli oğluna məxsus fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı yardımçı tikili və ev sahibinin bəslədiyi 300 baş cücə yanaraq tələf olub.
Yanğınsöndürənlər həmin tikiliyə bitişik fərdi yaşayış evini yanğından mühafizə ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib