• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı “qanuni oğru” və “avtoritet”lərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycandakı “qanuni oğru” və “avtoritet”lərlə bağlı RƏSMİ AÇIQLAMA
15.12.2019 17:24
Son vaxtlar ölkədə baş verən cinayətlərdə adı hallanan şəxslərin bəziləri kriminal avtoritet və ya kriminal aləmin tanınmış üzvü kimi təqdim edilir.

Bəs hazırda Azərbaycanda "qanuni oğru” və ya "avtoritet”lər varmı?

Bu suala cavab tapmaq üçün Baku.ws Daxili İşlər Nazirliyinə müraciət edib.  Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə sayta açıqlamasında bildirdi ki, ölkədə bunun üçün real şərait yoxdur.

"Etiraf edək ki, müxtəlif adlar altında cinayətkarların ölkəmizdə fəaliyyət göstərməsi üçün heç bir real zəmin yoxdur. Cəmiyyət, ictimai münasibətlər dövlət qanunları ilə tənzimlənir”.

Qeyd edək ki, Azərbaycanda bu məsələ 90-cı illərin əvvəllərində aktiv idi. Lakin ulu öndər Heydər Əliyevin ölkə təhlükəsizliyilə bağlı yürütdüyü siyasət bir çox sahələr kimi bu məsələdə də müsbət nəticələr verdi.

Orxan Mansurzadə deyir ki, ümumiyyətlə bu məsələdə KİV də son dərəcə diqqətli olmalıdır.

"Bu xüsusda zəruri bir xatırlatma etmək istərdik ki, xüsusilə son zamanlar bir sıra KİV-lərdə "qanuni oğru” və ya "avtoritet”lər adı ilə kriminal aləmin bəzi tanınmış simalarının, islah olunmayan qatı cinayətkar-residivistlərin törətdikləri ağır cinayətlərin və bunun məntiqi nəticəsi kimi məhkəmələr tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilməklə yaşadıqları məhbəs həyatlarının faktiki təbliğ olunması gənc nəslin mili vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işinə xələl gətirir.

Bu ölkəmizdə yürüdülən fəal hüquq-mühafizə siyasətinə, cəzanın labüdlüyü prinsipinə kölgə salır. Hüququn aliliyinin təmin olunduğu cəmiyyətlərdə, o cümlədən respublikamızda belə ifadələrin gündəlik dövrü mətbuatda işlədilməsi və yayılması əvvəllər məhkum olunmuş şəxslərin təbliği və təşviqi baxımından qətiyyən yolverilməzdir”, - deyə qurum rəsmisi bildirib.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol