• $
  • €
  • ₽
  • ₺
  • £

İmtahan verən müəllimlərin nəzərinə

İmtahan verən müəllimlərin nəzərinə
09.08.2014 17:14

16810 müəllim test imtahanlarına buraxılıb

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqəyə 2975 vakant yer çıxarılıb. 

Müsabiqədə iştirak etmək üçün 1-15 iyul tarixlərində 17962 nəfər ərizə verib, onlardan 16810 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılıb.

İmtahanlar 2014-cü il iyul ayının 21-dən 27-dək davam edib. İmtahanlarda iştirak etmiş 13544 nəfərdən 1837-si müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılıb. 30-31 iyul və 1 avqust tarixlərində keçirilmiş müsahibələrin nəticələrinə görə 1304 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb.

Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib.

Vakant qalan yerlər, həmçinin yeni yaranmış vakansiyalar bir daha təhlil ediləcək və əlavə yerləşdirmə aparılacaq. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tutmaq hüququ qazanmayanlar 25-29 avqust 2014-cü il tarixlərində “Şəxsi səhifə”sinə daxil olaraq vakant yerlərdən ən çoxu 4-nü seçə bilərlər. 29 avqust 2014-cü il tarixində saat 18:00-da əlavə yerləşdirmə başa çatacaq, dərhal yerləşdirmə aparılacaq və vakant yer tutmaq hüququ qazananlar üçün sentyabrın 1-də müsahibə keçiriləcək. Müsahibənin vaxtı və yeri barədə “Şəxsi səhifə”yə məlumat göndəriləcək. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol