“Azərbaycan” gəmi-bərəsi istifadəyə veriləcək

2020-ci ilin may ayında "Azərbaycan” adlı Ro-Pax tipli gəmi-bərə istifadəyə veriləcək.
O bildirib ki, sözügedən gəmi-bərə ilə həm vaqon, yük, həm də 100 nəfərə yaxın sərnişinin daşınması mümkün olacaq:
"İnşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan Ro-Pax tipli "Azərbaycan” bərə-gəmisinin gövdə hissəsinin inşası 100 faiz başa çatıb.
Unikal Ro-Pax tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabər olacaq. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb”.
Bildirilib ki, geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə Zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























