İlin ən etibarsız parolları açıqlandı

"NordPass” şirkəti 2019-cu ilin ən təhlükəli parollarını açıqlayıblar.
Ekspertlər bildiriblər ki, internetə sızan 500 milyon paroldan ibarət baza toplayıblar.
Etibarsız parollar arasında ən geniş yayılanlar sadə rəqəmlərin kombinasiyası (12345,111111,123321), həmçinin, QWERTY klaviaturasında üfüqi, yaxud şaquli xətdə yerləşən hərflər (asdfghjkl, qazwsx, 1qaz2wsx) olub.
Həmçinin, məlum olub ki, 800 mindən artıq insan "password” parolundan istifadə edirlər ki, bu da təhlükəlidir.
Mütəxəssislər bildiriblər ki, cari ildəki zəif parollar siyahısı ötənilkilərlə eyniyyət təşkil edib. Onlar bildiriblər ki, buna səbəb insanların uzun və mürəkkəb parolları yadda saxlamaq istəməməsi, həmçinin, gizlətməli heç nələrinin olmadığını düşünmələridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























