Bu sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA

Bir neçə gün əvvə yol polisinin əlilliyi olan sürücü ilə qalmaqallı görüntüləri yayılmışdı. Videoda yol polisləri sürücünü yük maşınından zorla endirmək istəyərkən məlum olmuşdu ki, həmin şəxsin bir ayağı protezdir. Məlum görüntülər sosial şəbəkələrdə tənqid edildi, DYP açıqlama verdi ki, həmin sürücü yol polislərinin həyatını təhlükə atdığı üçün ona sərt müdaxilə edilib. Digər tərəfdən də sürücünün əlil olmasından DYP əməkdaşları xəbərsiz olub. Bu hadisə özü ilə başqa bir mövzunu gündəmə gətirdi. Əlilliyi olan sürücülər hansı avtomobilləri, hansı şəkildə idarə edə bilər?
Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədova və yol nəqliyyat eksperti Ərşad Hüseynova müaricət etdik.
Vaqif Əsədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, əlilliyi olan əxslərin avtomobil idarə etmələrində heç bir problem yoxdur. Ancaq idarə edilən avtomobil fiziki qüsuru olan şəxsə uyğun olaraq xüsusi avadanlıqlarla təchiz edilməlidir: "Məsələn avtomobil idarə edən şəxsin əlil və ya ayağı yoxdursa həmin avtomobil mütləq ona uyğun şəkildə hazırlanmalıdır. Avtomobillərdə bu cür təchizatlar təhlükəsizlik tədbirlərinə əsasən fəaliyyətinə icazə verilmiş sexlərdə quraşdırılmalıdır. Belə avadanlıqların kustar üsulla hazırlanması bir qədər təhlükəli ola bilər. Bəhs etdiyimiz avadanlıqlar istənilən avtomobildə şəxsə uyğun olaraq quraşdırıla bilər".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























