Bakıda türkiyəli iş adamı döyüldü

Nizami rayonunda döyülmə faktı qeydə alınıb.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, keşlə qəsəbəsində, 251 saylı orta məktəbin yaxınlığında 2 nəfər naməlum şəxs "Klişe MMC”nin rəhbəri 1985-ci il təvəllüdlü Dəmir Eray Cəlal oğluna qarşı xuliqanlıq edib. Onlar E.Dəmirdən pul tələb ediblər. Naməlum şəxslər Eray Dəmirin etiraz etdiyini gördükdə, onu döyərək xəsarət yetiriblər.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması, alının əzilmiş yarası diaqnozu qoyulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























