Bu halda yanvarın 1-dən 50 AZN ödənilməyəcək - VİDEO

İcbari sığorta yalnız çıxarışı olan evlərə aiddir.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, yalnız qeydiyyatı olan evlər və obyeklər icbari qayadada sığortalanacaq. Lakin qeydiyyatı olan tikililərdən də icbari sığortaya cəlb edilməyənləri var.
Çıxarışı olan fərdi yaşayış evlərinin də icbari qayadada sığortalanmasında heç bir problem yaranmayacaq. Çünki burada əmlakın qiymətləndirilməsinə ehtiyac yoxdur.
Rəşad Əhmədov deyib ki, evlərin qeydiyyata alınması həm sığorta sektoru üçün, həm də fövqəladə risklər baxımından olduqca önəmlidir. Bu səbəbdən çıxarışı olmayan evlərin də sürətli şəkildə qeydiyyata alınmasına ehtiyac var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























