• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov səsləndi: "Dedi-qodu məlumatlar yaymayın!"

Kəmaləddin Heydərov səsləndi: "Dedi-qodu məlumatlar yaymayın!"
17.12.2019 09:59
"Müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır".

Anews.az-ın məlumatına görə, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O qedy edib ki, bu, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür. O, həmçinin, vətəndaşlara, eləcə də sahibkarlara dəyən ziyanın əvəzinin ödənilməsi ilə bağlı Heydər Əliyev Fondunun böyük işlər gördüyünü də diqqətə çatdırıb. Bununla belə, nazir vətəndaşlara, xüsusilə sahibkarlara müraciət edərək sahib olduqları əmlaklarını təbii və texnogen xarakterli fövqəladə hallara qarşı sığortalamağı tövsiyə edib.

Bu işdə FHN-in aidiyyəti qurumlarına qanunauyğun zəruri tədbirlər görməyi tapşıran nazir, vətəndaşların bu sahədə maarifləndirilməsinin və onlara mümkün dəstəyin göstərilməsinin əhəmiyyətini bildirib. Bundan başqa, nazir kütləvi informasiya vasitələrinə üzünü tutaraq onları nazirliyin fəaliyyəti, xüsusilə son zamanlar baş verən yanğınlar və onların söndürülməsi ilə bağlı qeyri-obyektiv, yoxlanılmamış, müxtəlif neqativ məqsədlərə xidmət edən, dedi-qodu xarakterli məlumatları deyil, nazirliyin rəsmi mövqeyini işıqlandırmağa və bununla da hadisələr zamanı həyatlarını riskə ataraq fədakarlıq nümunəsi göstərən yanğınsöndürən və xilasedicilərin əməyini heçə endirməməyə və fəlakətlər zamanı əhali arasında mümkün təşvişin qarşısını almaqda yardımçı olmağa çağırıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol