• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ana və qızının öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - QATİL HARADADIR?

Bakıda ana və qızının öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - QATİL HARADADIR?
17.12.2019 12:19
Dekabrın 13-də Bakıda mənzildə ana və qızını amansızlıqla öldürən şəxs ölkədən qaçıb.

Publika.az xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadəni çoxsaylı bıçaq zərbəsi ilə öldürən şəxsin ailənin oğlu Murad Niftizadə olması müəyyənləşdirilib.

Məlum olub ki, M.Niftizadə Biləsuvar rayonundan Bakıya gələrək ana və bacısının kirayədə yaşadığı evi tapıb. O, hər iki şəxsi evdə bıçaqlayaraq öldürüb və daha sonra mənzilin qapısını bağlayaraq taksi ilə Qusar rayonuna gedib. M.Niftizadə Samur keçid məntəqəsindən Rusiya ərazisinə keçib.

Bildirilir ki, qadınların qətlə yetirilməsi barədə hüquq-mühafiz orqanlarına məlumat hadisədən təxminən 10 saat sonra daxil olub. Bu səbəbdən də qatilin ölkəni tərk etməsinə maneə olmaq mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol