• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 50-dən artıq şəxsi aldadan “jurnalist”lər tutuldu - FOTO

Azərbaycanda 50-dən artıq şəxsi aldadan “jurnalist”lər tutuldu - FOTO
17.12.2019 14:38
Qazax Rayon Polis Şöbəsinə müraciət edən bir qrup rayon sakini, ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib, övladları barədə "Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxəlif məbləğlərdə pul aldıqlarını bildiriblər.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətov saxlanılıb.

İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslərin işinə adı çəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib.

Lakin buna baxmayaraq onlar, özlərini "Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər.

Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və qeyd ediblər ki, rayon ərazisində kirayədə yaşamaqla müxtəlif vaxtlarda ümumilikdə 54 sakin ilə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat məbləğində pul alıblar.

Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol