Röya Qazaxda yaşayan şəhid anasının evini təmir etdirəcək - VİDEO

Xalq artisti Röya 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini öz üzərinə götürüb.
Publika.az xəbər verir ki, Tural Yusifli Xalq artisti Röyanın Qazaxda Əsmər nənəni ziyarət etdiyini və evin təmiri üçün bütün xərcləri öz üzərinə götürdüyünü deyib.
"Bəli, doğru məlumatdır. İnşallah Əsmər xanımın evinin təmirinə yardım edəcəyik".
Qeyd edək ki, bloger Tural Yusifli Qazax rayonunun Quşçu Ayrım kəndində 75 yaşlı Əsmər Cəfərovanın evində olub. Ə,Cəfərova evinin təmirə ehtiyacı olduğunu deyib.T.Yusifli onu da bildirib ki, nənəyə kömək etmək istəyənlər olsa da, onun övladının şəhid statusu olmadığı üçün bir çoxları bu fikrindən daşınıb:
Qeyd edək ki, bloqerin lentə aldığı videoda Əsmər nənənin səmimiyyəti insanların rəğbətini qazanmışdı. O, bu video vasitəsilə evinin təmirsizliyinə diqqət çəkmiş və köməyə ehtiyacı olduğunu bildirmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























