• $
  • €
  • ₽
  • ₺
  • £

"Boeing" gələn ildən "737 MAX" tipli təyyarələrin istehsalını dayandırmaq qərarına gəlib

"Boeing" gələn ildən "737 MAX" tipli təyyarələrin istehsalını dayandırmaq qərarına gəlib
17.12.2019 22:00
"Boeing” şirkəti 2020-ci ilin yanvarından etibarən "737 MAX” tipli avialaynerlərin istehsalını dayandırmaq qərarına gəlib.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

"Sertifikatlaşdırma 2020-ci ilə qədər təxirə salındığından "Boeing” şirkəti "737 MAX” tipli təyyarələrin istehsalını gələn ilin yanvarından dayandırır. İstehsalın azaldılması mövcud təyyarələrin tədarükünə diqqət yetirməyə imkan verir”, - deyə məlumatda qeyd olunub.

"737 MAX” model təyyarələrin uçuşları ardıcıl iki təyyarənin qəzaya uğramasından sonra mart ayından etibarən dayandırılıb. Qəzalara səbəb kimi düzgün işləməyən proqram təminatı göstərilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air” aviaşirkətinə məxsus, bu ilin mart ayında isə "Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğraması nəticəsində ümumilikdə 346 nəfər ölmüşdü. "Boeing” bu çatışmazlıqları aradan qaldırıb və pilot təlim proqramını yeniləyib.

İkinci qəzadan sonra ABŞ Mülki Aviasiyası Federal İdarəsi təyyarələrin sertifikatlaşdırılmasının yoxlanışına başlayıb. Yoxlama bitənə qədər bu modelin ABŞ-da bütün uçuşları qadağan edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol