• $
  • €
  • ₽
  • ₺
  • £

Qazax rayon İcra Hakimiyyəti şəhid anasının yanında ÜZÜQARA OLDU

Qazax rayon İcra Hakimiyyəti şəhid anasının yanında ÜZÜQARA OLDU
18.12.2019 16:58
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan Qazax rayonunun Quşçu Ayrım kəndində köməksiz vəziyyətdə qalan şəhid anası Əsmər Cəfərovanın evinin təmir edilməsilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
 
Qazax rayon İcra Hakimiyyətinin görməli olduğu işi Xalq artistinin həyata keçirməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb. İcra Hakimiyyətinin rəsmiləri isə "o qadın gəlsin, görək nə istəyir” deyirlər.
 
Sosial şəbəkələrdə açılan müzakirələrin iştirakçıları bu hadisəyə görə Qazax rayon İcra Hakimiyyətini qınayıblar.

Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün bu gün səhər saatlarından etibarən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, başçının birinci müavini Məmməd Alıyev, başçının köməkçisi Əmin Abıyevlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, bir nəticə hasil olmayıb. Onlardan heç biri nə telefon zənglərimizə, nə mesajlarımıza cavab verib.
 
Əlimiz çatan yeganə nümayəndə - İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Svetlana Qurbanova  olub ki, o da "bizim bununla bağlı heç bir açıqlamamız olmayacaq”, - deyərək, sağollaşmadan dəstəyi asıb.
 
Qazax rayon İcra Hakimiyyətinin media ilə əlaqə qurmaqdan qorxması, ən əsası şəhid anasının probleminə biganə yanaşması başadüşülən deyil. Çünki ölkə rəhbərliyi mütəmadi olaraq məmurlara yerlərdə şəhid ailələri və Qarabağ əlillərinə qayğı göstərməyə çağırışlar edir. 

Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayan və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın görüntülərini bloger Tural Yusifli paylaşmışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol