• $
  • €
  • ₽
  • ₺
  • £

Qardaş bacısını evə gec gəldiyinə görə bıçaqladı - TƏFƏRRÜAT

Qardaş bacısını evə gec gəldiyinə görə bıçaqladı - TƏFƏRRÜAT
19.12.2019 11:32
Bakıda bacısını öldürməkdə təqsirli bilinən Anar Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Anar Məsimov 22 dekabr 2014-cü il tarixdə, saat 22 radələrində yaşadıqları Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 21 saylı evin 16-cı mənzilində atası Akif Məismov, anası Gülbəs Məsimova və qardaşı Elxan Məsimovun evdə olmasına baxmayaraq, doğma bacısı Nigar Məsimovaya heç bir əsaslı səbəb olmadan irad bildirib.

Bacısına irad bildirdi, kobud cavab aldı

Bu zaman Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bacısının cavab qaytarmasını bəhanə edən Anar Məsimov bəhanə edərək, bıçaqla qəflətən onun yatdığı otağına daxil olub.

Bu vaxt Anar Məsimov çarpayıda üzü üstə uzanmış Nigara əlində olan bıçaqla ardıcıl zərbələr vurub. Nigarın səs-küyünə otağa gələn ailə üzvləri onu Anar Məsimovun əlindən alıblar.

Yataqda bacısının qanını tökdü

Nigar Məsimov həmin vaxt ailə üzvləri tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Bu hadisənin baş verməsinə səbəb Nigar Məsimovanın evə gec gəlməsi olub. Kosmetika satışı ilə məşğul olan mağazada işləyən Nigar Məsimova həmin dövrdə evə gecə saatlarında gəlirmiş. Bu isə Anar Məismovun etirazına səbəb olmuşdu.

İkinci dəfə qanlı olay

Bundan başqa Anar Məsimov 5 may 2017-ci il tarixdə, saat 11 radələrində yaşadıqları mənzildə bacısı Nigar Məsimovanın həmin vaxtadək yatmasını anası Gülbəs Məsimovaya irad tutub, onu yuxudan oyatmasını tələb edib.

Artıq yuxudan oyanaraq qardaşının dediklərini eşidən Nigar Məsimova "atam və qardaşım işə gedib, Anar de, o da evdən çıxsın, əl-üzümü yuyub, çörək yeyim”, - deyə anasına səslənib.Bunu bəhanə edən Anar Məismov təxminən 1 ay əvvəl Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 43 ünvanında yerləşən təsərrüfat malları dükanından alıb və həyətdə istifadəyə yararsız əşyaların saxlanıldığı yerdə qoyduğu mətbəx bıçağını götürüb, yenidən mənzilə gəlib.
Yataqda bacısına öldürücü zərbələr vurdu

Anar Məsimov öldürmək məqsədilə birbaşa Nigar Məsimovanın yataq otağına keçib. Anası Gülbəs Məsimovanın gözü qarşısında yataqda olan Nigar Məsimovaya çoxsaylı bıçaq zərbələri vurub. Qadın aldığı zərbələrdən hadisə yerində ölüb.

5 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Anar Məsimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə), 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

17 il cəzadan 2 il çıxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məsimov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Anar Məsimov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, şikayətin qismən təmin olunması barədə qərar açıqlanıb. Anar Məsimovun cəzası 15 ilə endirilib.

Qərardan narazı qalan Anar Məsimov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Anar Məsimovun kasasiya şikayəti təmin edilməyib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol